23:34 / 21-05-2019
Azərbaycanda zəlzələ oldu
18:32 / 21-05-2019
Deşam “Yuventus”a gedir?
İlham Zəkiyev Bakıdakı Qran-pridə finala yüksələ bilməyib
Tarix: 14-05-2019 14:14 | Bölmə: Xəbər lenti
İlham Zəkiyev Bakıdakı Qran-pridə finala yüksələ bilməyib

Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən paracüdo üzrə Qran-pri turnirində finala yüksələ bilməyib.

"Report" xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 39 yaşlı idmançı yarımfinalda Özbəkistan təmsilçisi Şirin Şaripova uduzub. Zəkiyev bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.

100 kq-da mübarizə aparan Kənan Abdullaxanlı ilk görüşdə uduzub və təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Eyni çəkidəki Kamil Ağayev isə turnirlə vidalaşıb. 90 kq-da Ramil Əliyev yarımfinalda ukraynalı Aleksandr Nazarenko, bu çəkidəki Ramin Əliyev isə təsəlliverici görüşdə yaponiyalı Haruka Hirose isə üz-üzə gələcək.

Qadınların mübarizəsində isə Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Dürsədəf Kərimova və Xatirə İsmiyeva (hər ikisi 70+ kq) birinci qarşılaşmada uduzaraq təsəlliverici görüşlərdə çıxış edəcəklər.

Qeyd edək ki, İlham Zəkiyev həm də ikiqat dünya və 7 qat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibidir.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}