Sədr Aparatında 25 may mitinqi müzakirə olunub
Tarix: 15-05-2019 18:33 | Bölmə: Siyasət
Sədr Aparatında 25 may mitinqi müzakirə olunub

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Hərəkatının (AXH) 25 mayda planlaşdırdığı mitinq, Milli Azadlıq Qərargahının (MAQ) rəhbəri Oqtay Eldəgəzin anım günü, 28 May - Respublika Günü ilə bağlı dövlət rəhbərliyinə müraciətin edilməsi və bəzi təşkilatı məsələlər müzakirə çıxarılıb.

Reyting.az
-ın məlumatına görə, ALDP sədri Fuad Əliyevin təklifi ilə 2002-ci il mayın 16-da vəfat edən Milli Azadlıq Qərargahının (MAQ) rəhbəri Oqtay Eldəgəzin xatirəsini bir dəqiqəlik sükütla yad edilib.

“Oqtay Eldəgəzin rəhbərliy ilə MAQ üzvləri Azərbaycanın müstəqillik üğrunda mübarizə aparıblar. Bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçıbaşovun və digərlərinin Şərqdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar. Oqtay Eldəgəz bu bayrağın bir daha yüksəlməsi və Azərbaycanın müstəqiliyi uğrunda mübarizə aparıb. Azərbaycan xalqı onun kimi mübariz insanların yad etməyə borcludur”, – ALDP sədri qeyd edib.

Toplantıda həmçinin ALDP-nın AXH-nın 25 May - Qarabağ mitinqində iştirakı müzakirə olunub. ALDP sədri partiyanın Qarabağ mitinqində iştirakını vacib sayaraq bildirib ki, Qarabağla bağlı istənilən tədbirlərə, yürüşlərə, mitinq və piketlərə partiya üzvləri öz dəstəyini verməlidir.

“Torpaqlarımız işğaldan tam azad olunmayana qədər bu problemi gündəmdə saxlamalıyıq”, – F. Əliyev qeyd edib.

F. Əliyev diqqətə çatdırıb ki, bir sıra məhkum edilmiş şəxslərin Novruz bayramı ərəfəsində əfv fərmanı ilə azad olunmaları onların ailələrinə və yaxınlarına, xalqımıza böyük sevinc bəxş etdi: “Siyasi məhbusların azadlığa buraxılmalarını təqdirəlayiq hal hesab edirik. Bir neçə tanınmış siyasi məhbus azadlığa qovuşdu, güman edirik ki, həbsdə qalan digər siyasi məhbuslarımız da 28 May - Respublika Günü münasibətilə növbəti əfv fərmanı ilə azad ediləcəklər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}