Hər 3 rusiyalıdan biri Putindən narazıdır - Sorğu
Tarix: 17-05-2019 18:54 | Bölmə: Xəbərlər
Hər 3 rusiyalıdan biri Putindən narazıdır

Hər 5 rusiyalıdan 3-ü ölkəsinin baş naziri Dmitri Medvedyevə etibar etmir, hər üçündən biri isə dövlət başçısı Vladimir Putinə inanmır.

Reyting.az xarici mediaya istinadən bildirir ki, “İctimai rəy” fondunun mayın 17-də yaydığı nətəicələrə görə, respondentlərin 60 faizi Rusiyanın hökumət başçısına etibar etmədiklərini açıqlayıblar. Medvedyevi respondentlərin yalnız 32 faizi inanır.

Prezident Putinin işindən narazılığını sorğu iştirakçılarının 48 faizi bildirib, 31 faiz isə etiraf edib ki, Kremlin sahibinə etibar etmir.

Araşdırmaya əsasən, çoxluq (49 faiz) yenə də Putinin prezidentliyə namizədliyini dəstəkləməyə hazırdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}