07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Trampın 315 milyon dollar borcu var
Tarix: 17-05-2019 23:09 | Bölmə: Xəbərlər
Trampın 315 milyon dollar borcu var

ABŞ prezidenti Donald Trampın 2018-ci ildə ən azı 434 milyon dollar gəlir əldə etdiyi ortaya çıxıb.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, Ağ ev Trampın 2018-ci ilinə aid gəlir bəyannaməsini açıqlayıb.

Xəbərdə Trampın Vaşinqtondakı “Tramp International Hotel”dən 40,8 milyon dollar əldə etdiyi vurğulanıb.

ABŞ prezidentinin Floridadakı “Mar-a-Lago Otel”inin isə keçən il 22,7 milyon dollar gəlir gətirdiyi məlum olub.

Trampın gəlirinin 2018-ci ildə bir il əvvəlkinə görə 15 milyon dollar azaldığı da diqqətləri çəkib.

Donald Tramp 2017-ci il bəyannaməsində 450 milyon dollar qazanc götürdüyünü bəyan etmişdi.

Ən azı 315 milyon borcu var

Ağ evin açıqladığı sənəddə diqqət çəkən bir məqam da Trampın borcları olub.

ABŞ dövlət başçısının ən azı 315 milyon dollar borcu olduğu təsdiqlənib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}