16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Ölkədə amnistiya verilə bilər” - Novella Cəfəroğlu
Tarix: 18-05-2019 08:43 | Bölmə: Xəbərlər
“Ölkədə amnistiya verilə bilər”

28 May - Respublika günündə əfv sərəncamının verilməyəcəyi dəqiqləşib. İndi isə gözlər gələn ayın 15-nə, yəni Qurtuluş gününə dikilib. Ölkə iqtidarının Avropa İttifaqı ilə bağlayacağı saziş ərəfəsində əfv sərəncamı imzalayıb, həbsxanadakı siyasi məhbusları azad edəcəyi və bu problemi birdəfəlik aradan qaldıracağı deyilir.

Hətta hazırda siyasi məhbuslarla həbsxanalarda görüşlərin keçirildiyi bildirilir. Hüquq müdafiəçilərinin və daha mühüm şəxslərin siyasilərlə görüş üçün həbsxanalara getdikləri qeyd olunur. İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu siyasi məhbuslarla görüşlərin keçirildiyini təsdiqləyib.

Reyting.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, N. Cəfəroğlu deyib ki, əfv barədə o da eşidib və yaxın zamanlarda bu məlumatların nə dərəcədə doğru olub-olmadığının şahidi olacağıq: “Belə məlumatlar yayılıbsa, demək, haradasa nəsə var. Siyasi məhbuslarla görüşlər olur. Həmkarlarımız da siyasilərlə həbsxanada görüşürlər. Telefon vasitəsilə də əlaqə saxlayırıq. Siyasi məhbusların özləri də bizə zəng edirlər. Bizə ən çox zənglər də həbsxanalardan gəlir”.

Hüquq müdafiəçisi amnistiya anonsu da verib: “Əfvin olacağını konkret deyə bilmərəm, bəlkə amnistiya verilsin. Bu olarsa, həbsxanadakı siyasilərin maddələri ora düşəcək. Əfvin birmənalı olmayacağını da demək olmaz. Sadəcə, mənə elə gəlir ki, amnistiya verilə bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}