16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İşgəncələrlə bağlı yeni hesabat hazırlanacaq - Foto
Tarix: 18-05-2019 13:41 | Bölmə: Xəbərlər
İşgəncələrlə bağlı yeni hesabat hazırlanacaq

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq vətəndaşların siyasi motivlərlə təqib edilməsi və cəzaçəkmə yerlərində işgəncələrlə bağlı yeni hesabat hazırlayacaq. Bu qərar mayın 17-də hüquq-müdafiə qurumunun iclasında qəbul edilib.

Reyting.az
-ın məlumatına görə, İttifaqın koordinatoru Elşən Həsənov Turan-a bildirib ki, yeni hesabatın hazırlanması 2018-ci ilin iyulunda Gəncədə baş vermiş hadisələr üzrə məhkəmələrlə bağlı siyasi məhbusların sayının artması ilə əlaqədardır.

Mühakimə olunanların ilk qrupu artıq siyasi məhbuslar siyahısına daxil edilib. İkinci qrup üzrə qərar çıxarılıb və yaxın vaxtlarda həbsdə olan digər şəxslərin prosesi başa çatacaq.

"Məhkəmələr cinayət işlərinin siyasi xarakterli olduğunu təsdiqləyir. Çoxları dindar olduğuna görə həbs edilib. İşgəncə yolu ilə onlardan etirafedici ifadələr alıblar", - E. Həsənov deyib.

Onun sözlərinə görə, təcridxanalarda və penitensiar müəssisələrdə işgəncələrin geniş yayıldığını nəzərə alaraq hesabatda buna xüsusi diqqət yetiriləcək.

İşgəncələrlə bağlı yeni hesabat hazırlanacaq
E. Həsənov

Bundan əlavə, hüquq müdafiəçiləri diqqəti "ömürlük həbs olunanlar"ın işlərinə yönəltmək niyyətindədirlər. Söhbət vaxtilə ölüm hökmünə mühakimə olunub, sonradan ölüm hökmünün ləğvi ilə ömürlük həbs edilənlərdən gedir. Nəzərə alsaq ki, hökm çıxarılanda ölüm hökmünə alternativ 15 il azadlıqdan məhrumetmə olub, o zaman məhkumlar artıq 20-25 ilə həbs cəzasını çəkiblər. "Hüquqi baxımdan, həmçinin məntiq və humanistlik baxımından həmin adamları azad etmək lazımdır. Üstəlik, onların bir hissəsi xəstədir", - E. Həsənov deyib.

Nəhayət, İttifaq Nardaranda vəziyyətlə bağlı ayrıca hesabat hazırlamağı planlaşdırır. "Bu qəsəbədə hələ də gizli fövqəladə rejim hökm sürür ki, bu da 2015-ci ilin noyabrında xüsusi əməliyyatdan sonra tətbiq edilib.

Yerli sakinlər əvvəlkitək təzyiq altındadır, çoxları İnternetə girməyə ehtiyat edir. Eyni zamanda qəsəbə təcrid vəziyyətində qalmaqda davam edir, demək olar ki, kənar adamları ora buraxmırlar. Bizi hüzr mərasiminə buraxmadılar", - fəal qeyd edib.

ASMAUİ 2018-ci ilin noyabrında hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov, Hilal Məmmədov, həmçinin Azərbaycan Ziyalılar İttifaqının rəhbəri Eldəniz Quliyev tərəfindən yaradılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}