16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Bakıda ticarət mərkəzində yanğın - İnsanlar köçürülüb
Tarix: 18-05-2019 21:04 | Bölmə: Xəbərlər
Bakıda ticarət mərkəzində yanğın

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur).

Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

***

Xəzər rayonu Buzovna qəsəbəsində “Favorit” ticarət mərkəzindəki (keçmiş “Zuğulba Mall”) yanğında zərərçəkmişlər var.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib.

Virtualaz.org-un sorğusuna cavab verən Abubəkirov bildirib ki, hadisə yerinə 7 təcili yardım briqadası göndərilib. Tüstüdən zəhərlənmə ilə iki qadın və bir kişi Tibbi Klinik Mərkəzin taksikologiya şöbəsinə aparılıb, marketin bir əməkdaşı isə qıcolma diaqnozu ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Həyəcan keçirən bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}