16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Eurovision-2019"un qalibi Niderland oldu - Azərbaycan ilk onluqdadır
Tarix: 19-05-2019 03:40 | Bölmə: Xəbərlər
"Eurovision-2019"un qalibi Niderland oldu

İsraildə keçirilən "Eurovision-2019" mahnı müsabiqəsi başa çatıb.

Reyting.az bildirir ki, builki yarışmanın qalibi “Arcade” mahnısı ilə Niderland təmsilçisi Dunkan Lourens olub.

O, səsvermə zamanı 492 xal toplayıb. Yarışda ikinci yeri İtaliya, üçüncü yeri isə Rusiya təmsilçisi tutub.

Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sırada başa vurub.

Müsabiqədə ölkəmizə Rusiya 12 xal, Gürcüstan 10, Sloveniya 10, Litva 10, Malta 8, Portuqaliya 8, Kipr 8, Böyük Britaniya 7, İspaniya 7, İsrail 7, İrlandiya 7, Norveç 5, Estoniya 5, San-Marino 4, Şimali Makodoniya 4 xal təqdim ediblər.

Belarus tərəfindən təmsilçimizə xal verilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}