"Azərişıq" bu rayonlarda gücləndirilmiş iş rejiminə keçdi - Siyahı + Səbəb
Tarix: 19-05-2019 22:54 | Bölmə: Xəbərlər
"Azərişıq" bu rayonlarda gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanın Şəmkir, Daşkəsən, Gədəbəy və başqa Qərb rayonlarında baş verən güclü külək və yağıntılar səbəbindən "Azərişıq" ASC bir sıra qabaqlayıcı tədbirlər görüb.

Reyting.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib:

"Hazırda Qərb zonasında yağış və ildırımla müşahidə edilən güclü külək əsir. Buna baxmayaraq, bu vaxta qədər hər hansı hadisə qeydə alınmayıb. Abunəçilərin elektrik enerjisi ilə fasiləsiz və davamlı təmin olunması üçün maksimum işlər görülür. Texniki Departamentin əməkdaşları maşın mexanizmlərlə fasilə yaranarsa aradan qaldırmaq üçün tam hazırdırlar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}