“Eurovision-2019”un qalibinin mükafatı geri alına bilər
Tarix: 20-05-2019 02:43 | Bölmə: Xəbərlər
“Eurovision-2019”un qalibinin mükafatı geri alına bilər

“Eurovision-2019” mahnı müsabiqəsinin nəticələrinə yenidən baxılmasının mümkünlüyü haqda informasiya yayılıb.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, birinci yeri tutan Hollandiyadan olan Dunkan Lourens musiqi yarışmasının əsas qaydasını pozub.

Müğənni artıq onun repertuarında olan mahnını ifa edib.

Bu kompoziya ilə bağlı video-çarx YouTube-yə 2 il əvvəl yerləşdirilib.

Xatırladaq ki, Arcade kompozisiyasını ifa edən Dunkan Lourens 492 bal toplayıb.

İkincı yeri 465 balla italiyalı Mahmood tutub.

İsraildə keçirilən yarışmada Rusiya təmsilçisi Sergey Lazarev isə 369 balla üçüncü yerə layiq görülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}