İş adamı və arvadı girov götürüldü
Tarix: 20-05-2019 13:53 | Bölmə: Xəbərlər
İş adamı və arvadı girov götürüldü

Türkiyədə məşhur iş adamı "Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

İş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb.

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.

Qeyd edək ki, "Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var.

Baku.ws




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}