İsgəndər Həmidov ağır vəziyyətdə xaricə aparıldı
Tarix: 20-05-2019 16:26 | Bölmə: Xəbər lenti
İsgəndər Həmidov ağır vəziyyətdə xaricə aparıldı

Mayın 19-da axşam saatlarında keçmiş daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü İsgəndər Həmidovun səhhəti qəfildən pisləşib.

Reyting.az bildirir ki, bu barədə Facebookda İsgəndər Həmidovun köməkçisi məlumat verib.

Onun bildirdiyinə görə, İsgəndər Həmidov şiddətli ürək ağrıları ilə xəstəxanaya yerləşdirilib: “Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər. İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılması məqsədəuyğun sayılıb”.

2018-ci il dekabrın 4-də anidən vəziyyəti pisləşən İsgəndər Həmidov 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilmiş və həkimlərin anju etmək təklifini son anda rədd etmişdi.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}