16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb
Tarix: 21-05-2019 11:42 | Bölmə: Xəbərlər
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov Lökbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}