AŞPA Paşinyanın çağırışı ilə bağlı bəyanat yaydı
Tarix: 21-05-2019 16:25 | Bölmə: Xəbərlər
AŞPA Paşinyanın çağırışı ilə bağlı bəyanat yaydı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından narahatlığını ifadə edib.

AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Yuliya Lovoşkina (Ukrayna) və Andrej Şirceljin (Sloveniya) yaydıqları bəyanatda məhkəmə orqanlarının qeyd-şərtsiz müstəqilliyi və siyasi aktorların müdaxiləsinin yolverilməz olduğu vurğulanıb.

"Siyasi tərəfdaşlar qanunverici orqanlara təzyiq kimi qəbul edilə bilən fəaliyyət və bəyanatlardan uzaq durmalıdırlar", - həmməruzəçilər Ermənistana tovsiyə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan mayın 19-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasından sonra ölkə vətəndaşlarını məhkəmənin giriş-çıxışlarını nəzarətə götürməyə çağırıb/Report.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}