Türkiyə gəmisinə atəş açıldı, yaralılar var
Tarix: 21-05-2019 18:35 | Bölmə: Xəbərlər
Türkiyə gəmisinə atəş açıldı, yaralılar var

Rumıniyanın sahil mühafizə xidməti Qara dənizdə Türkiyənin balıqçı gəmisinə atəş açıb.

Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, atəş nəticəsində gəmi ekipajının 3 üzvü yaralanıb.

Məlumata görə, 8 nəfərdən ibarət ekipajın hamısı saxlanılandan sonra gəmi batırılıb.

İnsidentlə bağlı hələ ki əlavə informasiya verilmir. Türkiyə tərəfi də insidentlə bağlı açıqlama yaymayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}