Səfirlik Fuad Abbasovun həbsilə maraqlanıb - XİN
Tarix: 22-05-2019 10:46 | Bölmə: Xəbərlər
Səfirlik Fuad Abbasovun həbsilə maraqlanıb

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə səfirliyin konsulluq şöbəsinin əməkdaşları Moskvada saxlanılan jurnalist Fuad Abbasovla görüşüblər.

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, Rusiyadakı səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində Fuad Abbasovla bağlı bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Qeyd edək ki, tanınmış jurnalist və bloger Fuad Abbasov mayın 16-da Moskvada saxlanılıb. Jurnalist Moskvanın Azərbaycan icmasının nümayəndələrinin şikayəti üzrə aparılan məhkəmənin qərarı ilə deportasiya ediləcək. Belə ki, Rusiyada Azərbaycan icmasının bir neçə nümayəndəsi Fuad Abbasovun deportasiyası tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Rusiya Federasiyası ərazisinə xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin girişinə qadağa” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də başa çatıb. Hazırda jurnalistin Azərbaycana deportasiya proseduru aparılır.

F. Abbasov saxlanılarkən fiziki təzyiqə məruz qalıb. Onun 28 mayda Azərbaycana deportasiya olunacağı bildirilir.(axar.az)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}