Kreml: "ABŞ-ın Türkiyəyə ultimatumu yolverilməzdir"
Tarix: 22-05-2019 14:26 | Bölmə: Xəbərlər
Kreml: "ABŞ-ın Türkiyəyə ultimatumu yolverilməzdir"

“Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket kompleksi üzrə müqaviləsi ilə bağlı ABŞ-ın ultimatumu yolverilməzdir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, “S-400” üzrə müqavilə ilə bağlı məsələnin bitdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib. Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “S-400” zenit-raket kompleksi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}