Silahlı qadın xəstəxanaya hücum etdi - Əməliyyat
Tarix: 22-05-2019 18:41 | Bölmə: Xəbərlər
Silahlı qadın xəstəxanaya hücum etdi

Fransanın hüquq-mühafizə orqanları xəstəxanaya girərək özünü öldürməklə hədələyən silahlı qadının ələ keçirilməsi üçün əməliyyat keçirir.

Reyting.az xarici mediaya istinadla bildirir ki, insident qadının müalicə aldığı “Avitsena” tibb müəssisəsində baş verib.

Qadının əlində odlu silah olduğu bildirilir.

Xəstəxana Parisin şimal-şərqindəki Sena-Sen-Deni departamentinin Bobini şəhərində yerləşir.

İlkin məlumata görə, qadın heç kimi girov götürməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}