Sabiq müşavir İran ərazisində yeni dövlət proqnozu verdi - Foto
Tarix: 23-05-2019 09:38 | Bölmə: Xəbərlər
Sabiq müşavir İran ərazisində yeni dövlət proqnozu verdi

Əbu-Dabi şahzadəsinin keçmiş müşaviri Əbdülxaliq Abdullahın bir tviti qalmaqal yaradıb.

Reyting.az
xəbər verir ki, siyasi elmlər professoru olan Abdullah “Tvitter” səhifəsində İran ərazisində yaxın gələcəkdə yeni bir ərəb dövlətinin yaradılmasını təşviq edib.

“Bəlkə də qısa müddətdən sonra Körfəzdə “Əhvaz Cümhuriyyəti” adlı müstəqil bir ərəb dövləti qurulacaq”.

Xatırladaq ki, Əhvaz İranın əsasən ərəbdilli əhalisinin yaşadığı cənub-qərb vilayətlərindən biridir. Vilayəti bir müddətdir ki, separat hərbi qruplaşmalar təhdid edir.

Hərbi paradların birində isə separatçıların törətdiyi terror aktında 30-dan çox adam öldürülüb.

Sabiq müşavir İran ərazisində yeni dövlət proqnozu verdi




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}