NATO Rusiyadan Krımdan getməyi tələb etdi
Tarix: 23-05-2019 12:38 | Bölmə: Dünya
NATO Rusiyadan Krımdan getməyi tələb etdi

NATO-nun hərbi komitəsinin sədri Styuart Piç alyansın Brüsseldə keçirilən iclası çərçivəsində deyib ki, bu təşkilat Krımın Rusiyaya məxsus olduğunu tanımayacaq və Moskvanın yarımadadan ordusunu çıxarmasını tələb edir.

Reyting.az xarici mediaya istinadla bildirir ki, onun çıxışının stenoqramı NATO-nun saytında yayılıb.

“Bir daha aydın olsun ki, alyans Rusiyanın Krımı qanunsuz ilhaqını qəbul etmir və qəbul da etməyəcək. Biz Rusiyanı ordusunu Krımdan çıxarmağa çağırmaqda davam edirik”, - o, vurğulayıb.

Bundan əlavə, Piç Rusiya hakimiyyətini Donbasdakı separatçılara dəstək verməyi dayandırmağa da çağırıb.

NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin yeni baş komandanı general Tod Uolters də Ukraynanın öz ərazi bütövlüyünü əminliklə qoruması üçün bu ölkəyə dəstəklərini davam etdirəcəklərini bəyan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}