23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Bakıda daha bir narkotacir tutuldu - Fotolar
Tarix: 24-05-2019 09:55 | Bölmə: Xəbərlər
Bakıda daha bir narkotacir tutuldu

Sabunçu rayonunda ictimai-asayişi pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub. Şöbədə onun üzərində aparılan axtarış zaman 0,346 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

H. Vəlizadə ifadəsində narkotik vasitəni “Qədim” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib.

12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində H. Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da saxlanılıb. Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İ. Qədimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakıda daha bir narkotacir tutuldu
Bakıda daha bir narkotacir tutuldu




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}