Paşinyan məhkəməyə verildi
Tarix: 24-05-2019 13:14 | Bölmə: Xəbərlər
Paşinyan məhkəməyə verildi

Ermənistan Milli Akademik Opera və Balet Teatrının keçmiş direktoru və bədii rəhbəri Konstantin Orbelyan baş nazir Nikol Paşinyanı və mədəniyyət naziri Nazəni Qəribyanı məhkəməyə verib.

Reyting.az “Report”a istinadla xəbər verir ki, məhkəmə xəbərləri portalında yerləşdirilən məlumata görə, amerikalı dirijor Orbelyan mədəniyyət naziri səlahiyyətlərinin Nazəni Qəribyana həvalə etməklə bağlı baş nazirin 14 yanvar 2019-cu il tarixli qərarını, həmçinin onun teatr direktoru vəzifəsinə xitam verməklə bağlı əmrinin etibarsız sayılmasını tələb edir.

Bu davada Milli Akademik Opera və Balet teatrı üçüncü tərəf qismində iştirak edir.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}