Tramp 2020-ci il seçkilərində qalib gələcəyinə inanır
Tarix: 25-05-2019 01:33 | Bölmə: Xəbərlər
Tramp 2020-ci il seçkilərində qalib gələcəyinə inanır

ABŞ prezidenti Donald Tramp mayın 24-də jurnalistlərə deyib ki, əgər kütləvi informasiya vasitələti ona müvafiq informasiyaları ötürərləsə, növbəti prezident seçkilərində də rəqiblərinə böyük fərqlə qalib gələcək.

“Sizdə artıq sorğu haqda yaxşı rəqəmlər var. Mənə elə gəlir ki, bizim bu gün artıq 48, yaxud 51 faizimiz var”, - Reyting.az xarici mətbuata istinadən bildirir ki, Tramp söyləyib.

Jurnalistin “onun fəaliyyəti ilə bağlı demokratların apardığı təbliğatın seçki ərəfəsi nüfuzuna xələl gətirə bilərmi” sualına Trampın vacabı belə olub: “Mən sizə deyəcəyəm, əgər siz, xalq (jurnalistlər-red.) yalan məlumatlar yaymasanız, onda mənim 70, bəlkə də 75 faiz səsim olacaq”.

ABŞ prezidenti qeyd edib ki, hətta Amerika KİV-ləri, onun fikrincə, həqiqətəuyğun olmayan informasiyalar yaysalar belə, o, seçkiləri udacaq.

“Ancaq əgər siz yaxşı işləməyə başlasanız, elə də lazımdır, onda mənim yəqin ki, yalnız iqtisadi uğurlarıma görə 70-75 faiz dəstəyim olacaq”, - Tramp vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}