17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Güclü külək əhaliyə ziyan vurub - Fotolar
Tarix: 25-05-2019 21:19 | Bölmə: Xəbərlər
Güclü külək əhaliyə ziyan vurub

Güclü külək və dolu Azərbaycanın bölgələrində fəsadlar törətməkdə davam edir. Zaqatala, Daşkəsən və digər rayonlardan sonra təbətin şıltaqlığı indi də özünü Qusar və Şəkidə göstərib.

Reyting.az
-ın məlumatına görə, bu gün axşam saatlarında əsən güclü külək Qusar şəhər 2 saylı məktəbin dam örtüyünü uçurub. Külək rayonun bəzi kəndlərində yaşayış evlərinin damlarını da ziyan vurub. Ağacların yollara aşması nəticəsində bəzi istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşıb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Güclü külək Şəkidə də fəsadsız ötüşməyib.

Rayonun M.Ə.Rəsulzadə küçəsi, ev 333B ünvanında iri gövdəli ağac hasarı və yaşayış evinin bir hissəsini dağıdıb.

Şəki Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsi Rasim Həsənov ONA-ya bildirib ki, hadisə zamanı evdə adam olmayıb: "Hadisə nəticəsində evin qaz xəttinə, elektrik xəttinə ziyan dəyib. Hazırda Şəki şəhərində ağac aşması ilə bağlı 6-7 müraciət daxil olub, ciddi fakt olmayıb. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur".

R. Həsənov bildirib ki, hazırda "Azəriqaz" və "Azərişıq"ın nümayəndələri ərazidədir və hadisənin fəsadları aradan qaldırılır.

Güclü külək əhaliyə ziyan vurub
Güclü külək əhaliyə ziyan vurub
Güclü külək əhaliyə ziyan vurub

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}