16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Baş nazirin müşaviri öldürüldü
Tarix: 27-05-2019 12:47 | Bölmə: Xəbərlər
Baş nazirin müşaviri öldürüldü

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində “Taliban” silahlılarının hücumu nəticəsində azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Bu barədə yerli polis idarəsindən məlumat verilib.

Bildirilib ki, “Taliban” mayın 27-də gecə saatlarında Paktiya əyalətində nəzarət-keçid məntəqəsinə hücum edib. Nəticədə azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Bundan başqa, Əfqanıstan baş nazirinin müşaviri Nur Məhəmməd Arab Kunduz şəhərində naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb.

Hadisə nəticəsində onun mühafizəçilərindən biri də yaralanıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}