Zaqatalada iki nəfər tutuldu
Tarix: 11-06-2019 10:39 | Bölmə: Xəbərlər
 Zaqatalada iki nəfər tutuldu

Zaqatala rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan yerli sakinlər saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Zaqatala rayonu Aşağı Tala kənd sakini, 33 yaşlı İlkin Məmmədov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 11 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun narkotik vasitəni aldığı mənbə də aşkar olunub.

Belə ki, İ.Məmmədovun qurudulmuş marixuananı elə həmkəndlisi 32 yaşlı Soltan Həsənovdan aldığı müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan S.Həsənovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}