Zakir Qaralov yeni prokuror təyin edib
Tarix: 13-06-2019 11:40 | Bölmə: Xəbərlər
 Zakir Qaralov yeni prokuror təyin edib

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub.

Reyting.az
-ın məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Müvafiq əmrlə Əbdülsəməd Rəhbər oğlu Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Qeyd edək ki, Ə. Əzizli bundan əvvəl Bərdə Rayon Prokurorluğu, daha sonra Gəncə Şəhər Prokurorluğunun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Baş prokurorun bir müddət əvvəl imzaladığı əmrlə Kənan Zeynalov Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru vəzifəsindən azad edilərək xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.(Mənbə: Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}