Bakıda əcnəbi vətəndaşı soyan iki nəfər tutuldu
Tarix: 13-06-2019 15:57 | Bölmə: Xəbərlər
 Bakıda əcnəbi vətəndaşı soyan iki nəfər tutuldu

Bakıda əcnəbi vətəndaşı soyan şəxslər saxlanılıblar.

DİN-dən Reyting.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}