14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Beş uşağını boğub öldürən ata edam ediləcək
Tarix: 14-06-2019 17:52 | Bölmə: Xəbərlər
Beş uşağını boğub öldürən ata edam ediləcək

ABŞ-ın Cənubi Karolina ştatının sakini Timoti Cons 5 uşağını öldürdüyünə görə məhkəmənin qərarı ilə edam ediləcək.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kişi 2014-cü ildə azyaşlı uşaqlarını boğub, sonra onların meyitlərini paketlərə qoyaraq tullayıb.

Uşaqların ən kiçiyinin bir, böyüyünün 8 yaşı olub.

Cons arvadı Emberdən 2012-ci ildə boşanıb. Keçmiş həyat yoldaşı işini itirdiyindən və onlara baxa bilməyəcəyindən, uşaqlarının atası ilə qalmasına etiraz etməyib.

Qadının sözlərinə görə, boşanmaya səbəb ərinin mühafizəkar baxışları olub. Bundan başqa, o, dinpərəst olub və qadınlara qarşı hörmətsiz yanaşıb.

Qətl günü Cons oğlanlarından birinin rozetka ilə oynadığına əsəbiləşib. Kişi əvvəlcə onu boğub, sonra qalan uşaqlarını da öldürüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}