Xəzərdə bir nəfərin meyiti tapıldı
Tarix: 15-06-2019 11:56 | Bölmə: Xəbərlər
Xəzərdə bir nəfərin meyiti tapıldı

Xəzər dənzində çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər batma təhlükəsindən xilas edilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, ötən gün qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Paytaxtın Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. FHN-in dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2004-cü il təvəllüdlü Nikolay Andreyeviçin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}