17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Həbsdəki jurnalist Fuad Abbasovun səhhəti pisləşib
Tarix: 16-06-2019 13:51 | Bölmə: Xəbərlər
Həbsdəki jurnalist Fuad Abbasovun səhhəti pisləşib

Moskvada həbsdə olan jurnalist Fuad Abbasovun səhhəti pisləşib.

Bu barədə ailəsi sosial media vasitəsilə məlumat yayıb.

Ailəsinin bildirdiyinə görə, iyunun 15-də F. Abbasovun səhhətinin pisləşməsi ilə bağlı təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər jurnalisti müayinə edərək lazımi prosedurları həyata keçiriblər.

Məlumatda həmçinin bildirilir ki, F. Abbasov xəstəxanaya yerləşdirilməsindən və müalicə prosedurlarının aparılmasından imtina edib. Vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq məqsədilə həkimlər F. Abbasova aclıq aksiyasının dayandırılmasını məsləhət görsələr də, jurnalist aclıq aksiyasını dayandırmayacağını deyib.(Musavat.com)

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}