Argentina və Uruqvay elektrik enerjisiz qalıb - Səbəb
Tarix: 16-06-2019 18:39 | Bölmə: Xəbərlər
Argentina və Uruqvay elektrik enerjisiz qalıb

Elektrik təchizatı sistemindəki qəza səbəbindən Argentina və Uruqvay enerjisiz qalıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, bu barədə sosial şəbəkədə Edesur elektrik enerjisi distribyutoru məlumat yayıb.

Enerjinin artıq 3 saatdan çoxdur olmadığı vurğulanır.

Uruqvayın elektrik enerjisi mili şirkətindən verilən məlumata görə, enerjinin kəsilməsinə səbəb Argentinanın enerji şəbəkəsindəki problem olub.

Argentinanın mülki müdafiə üzrə nazir müavini Daniel Russo isə xəbər verib ki, elektrik enerjisinin kəsilməsinin səbəbi hələ ki məlum deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}