16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Kişi yanacaqdoldurma məntəqəsində milyonçu oldu
Tarix: 17-06-2019 01:26 | Bölmə: Xəbərlər
Kişi yanacaqdoldurma məntəqəsində milyonçu oldu

Amerikanın Şimali Karolina ştatı, Solsberi şəhərinin sakini yanacaqdoldurma məntəqəsində oynadığı lotereya ilə böyük məbləğdə pul udub.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, Tayler Vaqonerin yanacaqdoldurma məntəqəsindən aldığı 5 dollarlıq lotereya bileti ona 25 dollar qazandırıb.

O qədər də böyük olmayan qələbə oyun həvəskarını bu dəfə mükafat fondu daha böyük miqdarda olan daha bir bilet almağa şirnikləndirib.
“Mən oradan çıxanda gözümə bu bilet göründü, - amerikalı xatırladır. – O, altıncı şöbədə idi – bu mənim xoşbəxtlik rəqəmimdir. Mən onda düşündüm: “Niyə də yox?”.

Vaqoner oradaca uduşun nəticəsini yoxlayıb: lotereya bileti ona milyon dollar qazandırıb.

Bəxti gətirən amerikalı pul mükafatını atasının qayğılarına sərf etməyi planlaşdırır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}