Sabiq prezident məhkəmə zalında öldü
Tarix: 17-06-2019 20:17 | Bölmə: Xəbərlər
Sabiq prezident məhkəmə zalında öldü

Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib.

Reyting.az
xarici mətbuata istinadla bildirir ki, o, bu gün keçirilən məhkəmə zalında qəfil həyatını itirib.

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə "Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib.

2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində "Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib.

2012-ci ildə Misir prezidenti seçilib.

Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunmuşdu.

2015-ci ildə barəsində edam qərarı verilsə də, şikayət səbəbindən icrası həyata keçirilməmişdi.

O vaxtdan bununla bağlı məhkəməsi keçirilirdi...




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}