Toyda kütləvi dava: iki kişi bıçaqlandı - Abşeronda
Tarix: 19-06-2019 00:18 | Bölmə: Xəbərlər
Toyda kütləvi dava: iki kişi bıçaqlandı

Abşeron rayonunun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O. Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O. Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.

Məlumata görə, hər iki şəxs evlərinin həyətyanı sahəsində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı bıçaqlanıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}