16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Fox TV” otelə qarşı iddia qaldırır - Səbəb
Tarix: 19-06-2019 14:21 | Bölmə: Xəbərlər
“Fox TV” otelə qarşı iddia qaldırır

Türkiyənin “Fox TV” kanalı İstabuldakı “Marmara” otelinə qarşı böyük məbləğdə təzminat iddiası qaldıracaq.

Reyting.az
“Sputnik”ə istinadla xəbər verir ki, bu barədə telekanalın aparıcısı İsmayıl Küçükkaya açıqlama verib.

İstanbul bələdiyyəsinə namizəd Binəli Yıldırım teledebatdan öncə moderatorun “Marmara” otelində Əkrəm İmamoğlu ilə gizli görüş keçirdiyini bildirib. Bundan sonra həmin görüşün videosu paylaşılıb.
İki namizəd arasında teledebatın aparıcısı olmuş Küçükkaya hər iki namizədlə ayrı-ayrılıqda görüşdüyünü və onları şərtlərlə tanış etdiyini bildirib. Onun sözlərinə görə, İmamoğlu ilə görüş gizli olmayıb. Həmin gün CHP-li namizəd “Marmara” otelində mətbuat konfransı keçirib. Buna görə də, görüş məhz oteldə baş tutub.

“Fox TV” otelə qarşı iddia qaldırır“Fox TV” otelə qarşı iddia qaldırır




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}