16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Neftçala sakinini güllələyən şəxs tutuldu
Tarix: 19-06-2019 15:53 | Bölmə: Xəbərlər
Neftçala sakinini güllələyən şəxs tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Neftçala rayonunun Astanlı kəndi ərazisində baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, iyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}