14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Samir Şərifov reytinq agentlikərindən gileylənib
Tarix: 20-06-2019 05:26 | Bölmə: İqtisadiyyat
Samir Şərifov reytinq agentlikərindən gileylənib

“Reytinq agentlikləri Azərbaycanın reytinqini minimum bir pillə artırmalıdırlar”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov AzTV-də yayımlanan “Günün Nəbzi” verilişində deyib.

S. Şərifov diqqətə çatdırıb ki, Azərbaycanın yeni borclanma strategiyamız qəbul edilib və bu strategiyaya uyğun olaraq borclanmaya o qədər də meyilli deyilik:

“Mən hətta onu deyə bilərəm ki, indi bizə daha çox borc vermək istəyən var. Amma biz xarici valyutada borcun alınmasında maraqlı deyilik. Çalışırıq burada kifayət qədər mühafizəkar, ehtiyatlı siyasət yürüdək. Amma buna baxmayaraq, reytinq agentlikləri ilə işləməliyik. Onlar ildə iki dəfə ölkəmizə gəlir. Bizimlə görüşlər keçirir və hesabat hazırlayırlar. O hesabatın ilkin nüsxəsini bizə göstərə bilərlər. Biz ona etiraz edə bilərik, amma bu heç də o demək deyil ki, bu iradlar nəzərə alınacaq. Bunun əsasında onlar qərarlar qəbul edirlər. Bu qərarların nə qədər düzgün, nə qədər ədalətli olması başqa bir mövzudur”.

Maliyyə naziri hesab edir ki, reytinq agentlikəri Azərbaycanın reytinqinə çox xəsis yanaşırlar: “Mənə elə gəlir ki, bizim reytinqimiz heç olmasa 1 pillə yüksək ola bilər. Bizim son iki ildə əldə etdiyimiz nailiyyətlər, ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin bərqərar olunması, kifayət qədər əhəmiyyətli maliyyə ehtiyatlarının, maliyyə buferlərinin yaradılması, bir sıra digər vacib islahatların həyata keçirilməsi maliyyə dayanıqlığının uzun müddət saxlanılmasına yönəlib. Bu əsasda hesab edirəm ki, biz bir pillə artıma layiqik. Amma hələ ki, belə bir qərar qəbul edilməyib, amma çalışacağıq ki, belə bir qərarı qəbul edə bilək”.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}