QAT sədri MTRŞ-nın rəhbəri ilə görüşüb - Foto
Tarix: 20-06-2019 16:53 | Bölmə: Xəbərlər
QAT sədri MTRŞ-nın rəhbəri ilə görüşüb

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmli ilə görüşüb.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, görüşdə MTRŞ-nın əməkdaşı Asəf Hacıyev, QAT Ali Məclisinin sədri Barat İmani, İdarə Heyətinin üzvü Sevinc Axundova da iştirak ediblər.

QAT sədri telekanallarda verilişlərin keyfiyyətinin yaxşılaşdırılması, ictimai nəzarətin təşkili, Qarabağ məsələsinə, Qarabağ veteranları, əlilləri, şəhid ailələrinin problemlərinə daha çox diqqətin ayrılması və digər məsələlərə dair təkliflərini verib. Qoyulan məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb və MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli irəli sürülən təkliflərə diqqətlə yanaşacaqlarını bildirib.

Görüşün sonunda Akif Nağı MTRŞ-nın rəhbərliyinə Qarabağla bağlı hazırladıqları kitabları təqdim edib.

QAT sədri MTRŞ-nın rəhbəri ilə görüşüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}