“Derya” ləqəbli terrorçu qadın tutuldu
Tarix: 20-06-2019 22:34 | Bölmə: Xəbərlər
“Derya” ləqəbli  terrorçu qadın tutuldu

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda daha bir uğurlu antiterror əməliyyatı keçirib.

Reyting.az
xəbər verir ki, DHKP-C terror təşkilatına qarşı keçirilmiş əməliyyatda 7 nəfər şübhəli qismində yaxalanıb. Onlardan biri Kamile Kayır adlı təhlükəli qadın terrorçudur. “Derya” ləqəbli bu terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

Bildirilir ki, PKK/KCK terror təşkilatlarına qarşı İstanbul, Kocaeli və Muşda eyni vaxtda keçirilmiş digər bir antiterror əməliyyatında 6 terrorçu yaxalanıb. Bu terrorçuların adları və ləqəbləri Mardində mağarada terrorçulara məxsus ələ keçirilən əşyalar nəticəsində bəlli olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}