17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakıda ailə faciəsi: ölən və yaralı var
Tarix: 21-06-2019 00:41 | Bölmə: Xəbərlər
 Bakıda ailə faciəsi: ölən və yaralı var

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35-40 yaşlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və hadisə yerində keçinib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törətmiş şəxs hadisə yerindən qaçıb. Onu Suraxanı Rayon Polis İdarəsi axtarır.

Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}