Zakir Qaralov iki hərbi prokuror təyin edib
Tarix: 21-06-2019 16:27 | Bölmə: Xəbərlər
Zakir Qaralov iki hərbi prokuror təyin edib

Füzuli rayonuna yeni hərbi prokuror təyin olunub.

Reyting.az
-ın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb. Baş prokurorun əmri ilə ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Lənkəran rayon hərbi prokuroru vəzifəsindən azad edilərək Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Trend-ə Respublika Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.

Qeyd edək ki, Z. Qaralaovun digər əmri ilə ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}