16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Goranboyda 3793 ədəd çətənə kolu məhv edilib
Tarix: 21-06-2019 19:08 | Bölmə: Xəbərlər
Goranboyda 3793 ədəd çətənə kolu məhv edilib

Goranboy rayonunda yabanı halda bitən çətənə kolları yandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional qrupundan Reyting.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon Mənəşli kəndində yerləşən otlaq sahədən ümumi çəkisi 1265 kiloqram olan 3793 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}