14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakıda keçmiş məhkum narkotiklə tutuldu
Tarix: 22-06-2019 14:26 | Bölmə: Xəbərlər
Bakıda keçmiş məhkum narkotiklə tutuldu

Pirallahı Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Salman Usmanov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki çantadan ümumi çəkisi 2 kiloqram 300 qram olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı S.Usmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}