07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Mahmud Əhmdinejad prezident Trampa məktub yazdı
Tarix: 25-06-2019 19:01 | Bölmə: Xəbərlər
 Mahmud Əhmdinejad prezident Trampa məktub yazdı

ABŞ prezidentlərinə məktub yazmağı ilə məşhurlaşmış İranın eks-prezidenti Mahmud Əhmədinejad yeni namə qələmə alıb.

Reyting.az
“Khabaronline”-a istinadla xəbər verir ki, Əhmədnejadın məktubu Donald Trampa ünvanlanıb.

İrana qarşı son sanksiyaları qınayan eks-prezident bundan əvvəl ABŞ-ın iki dövlət başçısına da müraciət etdiyini qeyd edib.

2500 illik dövlətçilik tarixi olan İranın keçmişini xatırladan Əhmədinejad yazıb:

“Siz və mən Allahın bəndələriyik. Biz düşmənçilik, birinin digəri üzərində üstünlüyü və təcavüzü üçün yaradılmamışıq”.

Əhmədinejad tarixi fürsəti qaçırmadan konstruktiv dialoqa çağırış edib: “Böyük bir dönüşüm başlayın və bunu yaxşılıq niyyət ilə edin. Məktubumun əsas məramı konstruktiv söhbətin tələbidir”.

Sonda eks-prezident yazıb: “Bütün xalqlara, eləcə də Amerika xalqına uğurlar, sülh və azadlıq, ədalət, rifah və qüdrətli liderə uğurlar arzulayıram”.

Məktub "İran xalqının xidmətçisi" ifadəsi ilə imzalanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}