23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Kəmaləddin Heydərov vətəndaşlara müraciət edib - Səbəb
Tarix: 26-06-2019 15:18 | Bölmə: Xəbərlər
 Kəmaləddin Heydərov vətəndaşlara müraciət edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın halları ilə bağlı vətəndaşlara müraciət edib.

Nazir jurnalistlərə açıqlamasında insanları diqqətli olmağa çağırıb:

“Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər”.

K. Heydərov bildirib ki, nazirliyin marifləndirici çarxları Kütləvi İnformasiya Vasitələrində mütəmadi yayımlanır ki, insanlar siqaret kötüyünü zibil qablarına atsınlar: “Hətta siqaret üçün xüsusi zibil qabları da var. Sadəcə, biz siqareti, zibili nəinki quru otlağa, heç yerə də atmamalıyıq. Hər kəs bir-birinə təmizlik barədə irad tutarsa, diqqətlə fikir verərlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}