Parlament deputatın həbsinə razılıq verib - Səbəb
Tarix: 26-06-2019 19:56 | Bölmə: Xəbərlər
Parlament deputatın həbsinə razılıq verib

Gürcüstan parlamenti müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı Nika Melianın toxunulmazlığının aradan qaldırılması barədə qərar qəbul edib. 91 deputat qərarın lehinə səs verib.
[b][/b]
Müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarından olan deputatlar etiraz olaraq iclasda iştirak etməyiblər.

Plenar iclas parlamentin binası ətrafında müxalifət tərəfdarlarının etiraz aksiyası fonunda keçib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu N. Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}