Putin İnquşetiyanı Kalimatova tapşırdı - Təyinat
Tarix: 26-06-2019 22:24 | Bölmə: Xəbərlər
Putin İnquşetiyanı Kalimatova tapşırdı

Mahmud Əli Kalimatov İnquşetiya rəhbəri vəzifəsini icra edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Vladimir Putin yeni təyinatla bağlı müvafiq əmr imzalayıb.

Bildirilib ki, bundan əvvəl Rusiya prezidenti respublikanın sabiq başçısı Yunus-Bek Yevkurovla görüşüb, onun istefasını qəbul edərək, işlədiyi dövrdəki xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, İnquşetiyanın yeni rəhbər vəzifəsini icra edəcək Kalimatov 9 aprel 1959-cu ildə anadan olub. O, Kuybişev Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Samara, habelə İnquşetiya Prokurorluğunda çalışıb.

2015-ci ildən son təyinatadək Samara rayonunda Təbiətə Nəzarət İdarəsinə rəhbərlik edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}