Ukraynalı bloqqer İranda həbs olunub - Foto
Tarix: 09-07-2019 15:20 | Bölmə: Xəbərlər
 Ukraynalı bloqqer İranda həbs olunub

Ukrayna XİN İrandakı səfirliyinə bu ölkədə həbs olunmuş səyyah-bloqqer Artemiy (Artyom) Surinlə əlaqə saxlamağı və onu hüquqi müdafiə ilə təmin etməyi tapşırıb.

Reyting.az
“Obozrevatel”ə istinadla xəbər verir ki, səfirlik artıq məsələ ilə bağlı tədbirlər görür.

Surin İranın Ərdəkan şəhərində həbs olunub. O, casus fəaliyyətində suçlanır.
Səyyah-bloqqer “ONE LIFE” hərəkatının təsisçisidir. O, 9 ay ərzində 6 qitə və 35 ölkəyə səyahəti qarşısına məqsəd qoyub.

Artyom Surin haqqında son məlumat iyulun 2-də Pakistanda olarkən alınıb. Həmin gün o, “Instagram”-da 105 yaşlı bir qadınla görüşü barədə məlumat verib.

İranda həbs olunarkən, bloqqerin telefonu istisna olmaqla, bütün əşyaları müsadirə edilib.

 Ukraynalı bloqqer İranda həbs olunub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}