14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Televiziya aparıcısı öldürüldü
Tarix: 09-07-2019 23:20 | Bölmə: Xəbərlər
Televiziya aparıcısı öldürüldü

Pakistanın BOL News xəbər kanalının aparıcısı Mureed Abbas ilə yanındakı yoldaşı, silahlı hücum nəticəsində həyatını itirib.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ölkənin cənubundakı Karaçi şəhərində baş verən hadisədə, bir kafedə oturan Abbas və dostuna yoldan keçən avtomobildən atəş açılıb.

Polisin verdiyi açıqlamaya görə, sinəsindən və qarnından vurulan Abbas ilə yoldaşı hadisə yerində dünyasını dəyişib.

Abbasın daha əvvəl şəxsi ədavət səbəbindən bəzi adamlardan şikayətçi olduğunu açıqlayan polis rəsmisi Şirazi Nazir, aparıcının bu insanlar tərəfindən vurulmuş ola biləcəyini iddia edib.

Nazir, Abbasın şikayətçi olduğu insanlardan Atif Zaman adlı şəxsin isə hücum sonrasında evində intihar etdiyini bildirib: "Abbasın həyat yoldaşının verdiyi ifadəyə görə, cinayət şübhəsi Zaman, qurduğu iş üçün Abbasdan 500 min Pakistan rupisi (təxminən 20 min lirə) borc almış və Abbas bu pulu daha sonra geri istəmişdi".

Hücumun ardından Karaçi polisi şübhəliləri tutmaq üçün xüsusi briqada yaradıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}